Bakı. Trend:
Ukraynanın enerji sistemindəki vəziyyət hələ də çətin olaraq qalır.
Trend-in məlumatına görə, bu barədə Ukrayna Baş nazirinin müavini və İcmaların və Ərazilərin İnkişafı naziri Aleksey Kuleba "Telegram" kanalında yazıb.
"Ölkənin enerji sistemindəki vəziyyət <...> xüsusilə Kiyevdə çətin olaraq qalır", - deyə o bildirib.
Eyni zamanda, Baş nazirin birinci müavini və energetika naziri Denis Şmıxal "güc çatışmazlığının hələ də davam etdiyini" vurğuladı.