...

Alyaskada səyyar qazma qurğusu çöküb

Dünya xəbərləri Materials 25 Yanvar 2026 04:22 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Alyaska ştatının şimalında böyük bir səyyar qazma qurğusu hərəkət edərkən çöküb.

Trend-in məlumatına görə, bu barədə "Alaska's News Source" portalı xəbər verib.

Məlumata əsasən, ciddi xəsarət alan yoxdur.

Bildirilib ki, "ConocoPhillips" şirkətinin Alyaska qazma qurğusunda yanğın baş verib, nəticədə qurğu əyilib düşüb.

"Ətraf mühitə dəyən ziyan minimaldır, neft infrastrukturu və obyeklər zədələnməyib", - deyə ştatın qubernatoru Mayk Danlivi bildirib.

Xəbər lenti

Xəbər lenti