Bakı. Trend:
ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyə ümid edir.
Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti ABŞ prezidenti Donald Tramp administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən bildirib.
"Aydındır ki, hazırda Avropa ilə Rusiya arasında çox da etimad yoxdur, amma biz əsl deeskalasiya nümayiş etdirərək etimad qurmağa başlamağa imkan verəcək yeni bir paradiqmanın işə salınması üçün zəmin yaratmaq istəyirik", - deyə qeyd olunub.
Qəzetin məlumatına görə, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə (BƏƏ) keçirilən məsləhətləşmələrdə iqtisadi məsələlərə, eləcə də Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarətə böyük diqqət yetirilib.