...

ABŞ Maduronun ələ keçirilməsi zamanı “Dezorientator” silahından istifadə edib

Dünya xəbərləri Materials 25 Yanvar 2026 11:48 (UTC +04:00)
ABŞ Maduronun ələ keçirilməsi zamanı “Dezorientator” silahından istifadə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatı zamanı Discombobulator adlanan silahdan (“Dezorientator”) istifadə edib.

Trend xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp NYP-yə müsahibəsində bildirib: “Bu, ‘Dezorientator’dur. Mən onun haqqında danışa bilmərəm.”

Qəzet həmçinin Ağ Evin mətbuat katibi Kerolayn Levittin sosial media səhifəsində dərc olunan, Venesuela prezidentinin mühafizə xidmətində çalışan bir şəxsin sözlərini də sitat gətirib. Həmin şəxs “Dezorientator”un təsirini “çox güclü səs dalğası” ilə müqayisə edib.

Xəbər lenti

Xəbər lenti