Bakı. Trend:
Yaponiyanın qərb sahilində yerləşən İşikava prefekturasında güclü qar yağışı nəticəsində 13 nəfər xəsarət alıb.
Trend-in xəbərinə görə, məlumatı NHK yayıb. Prefekturanın paytaxtı Kanazavada cəmi bir gündə təxminən 50 santimetr qar düşüb.
Məlumata görə, son 24 saat ərzində prefekturada buzlu yollarda qar yığınları səbəbindən 32 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə doqquz nəfər xəsarət alıb. Bundan əlavə, qarda yıxılma halları nəticəsində dörd nəfər xəstəxanalara müraciət edib.
