Bakı. Trend:
Hindistanın cənubunda, Telanqana ştatının Haydarabad şəhərində yerləşən dördmərtəbəli mebel mağazasında baş verən yanğında azı beş nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə yerli PTI agentliyi rəsmi şəxslərə istinadən xəbər yayıb.
Məlumata əsasən, yanğın şənbə günü başlayıb və yanğınsöndürənlər artıq 20 saatdan çoxdur alovla mübarizə aparırlar.
Telanqana ştatının yanğınsöndürmə xidmətinin rəhbəri Vikram Sinqh Mann bildirib ki, mağaza sahibi ehtiyatsızlıq nəticəsində baş verən insan tələfatına görə məsuliyyətə cəlb olunacaq.
Xilasetmə xidmətləri ölənlərin sayının arta biləcəyini istisna etmir. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
