...

İran XİN: Tehran ABŞ ilə "soyuq müharibə"nin şiddətlənməsində maraqlı deyil

Dünya xəbərləri Materials 8 May 2006 13:56 (UTC +04:00)

İran ABŞ ilə "soyuq müharibə"nin qızışmasında maraqlı deyil. Bu barədə İran XİN-nin rəsmi nümayəndəsi Həmid Rza Asəfi Tehrada keçirilmiş mətbuat konfransında bəyan edib. Onun fikrincə, ABŞ-ın özü bütün dünya ilə "soyuq müharibə" şəraitindədir. Ağ Ev administrasiyası "məntiq"lə danışa bilmir", - deyə iranlı diplomat vurğulayıb. Onun sözlərinə görə, ABŞ sübut edib ki, bütün dünyanı Vaşinqtonun kursuna əməl etməyə məcbur etmək üçün hədələr əsasında qurulmuş siyasət yürüdür.

Trend in xəbər verdiyi kimi, İranda insan hüquqlarının pozulması ilə bağlı ABŞ rəsmi şəxslərinin bəyanatına cavab olaraq H.R.Asəfi bəyan edib ki, ABŞ-ın başqalarını mühakimə etməyə haqqı yoxdur. O, İraqın Əbu-Qreyb həbsxanasındakı hüquq pozuntularını xatırladaraq qeyd edib ki, ABŞ insan hüquqlarına əməl edilməsi problemindən öz məqsədləri üçün istifadə edir. Bu barədə IRNA xəbər verir.

Xəbər lenti

Xəbər lenti