...

Ermənistan parlamentinin spikeri istefaya çıxıb

Dünya xəbərləri Materials 12 May 2006 17:35 (UTC +04:00)

Bu gün Ermənistan parlamentinin spikeri Artur Baqdasaryan istefaya çıxdığını bəyan edib.

Trend agentliyinin məlumatına əsasən, mətbuat konfransında A.Baqdasaryan deyib ki, istefa reqlamentə müvafiq şəkildə həyata keçiriləcək.

"Mən mayın 22-də parlamenin iclasında istefa haqqında rəsmi ərizəmi təqdim edəcəyəm" - deyə o bildirib. Qanuna əsasən, 5 gün ərzində istefa təsdiq edilməlidir. Bundan sonra A.Baqdasaryan spiker vəzifəsini tərk edəcək. Eyni zamanda o qeyd edib ki, istefanın səsvermə vasitəsilə təsdiqlənməsi üçün millət vəkilləri qarşısında etimadsızlıq rəyi məsələsini də qaldıra bilərdi.

"Lakin mən bunu etməyəcəm, çünki layiqli istefanı daha düzgün hesab edirəm" - deyə A.Baqdasaryan qeyd edib. Onun dediklərinə görə, spikerin başçılıq etdiyi "Orinats Erkir" partiyasının bütün üzvləri yüksək dövlət vəzifələrindən əl çəkməli olacaq.

"Mən bu gün koalisiyanın iclasında öz həmkarlarımı "Orinats Erkir" partiyasının koalisiyadan çıxması haqqında məlumatlandırdım" - deyə o vurğulayıb. Spiker əlavə edib ki, belə bir qərarın qəbul olunması səbəblərindən biri son vaxtlar koalisiyada müşahidə olunan qarşıdurmalardır. Bu barədə "ARKA" xəbər vreib.

Xəbər lenti

Xəbər lenti