...

"Kurmanqazı Petroleum" buruqda kompleks şəkildə tədqiqat işləri aparır

Dünya xəbərləri Materials 3 İyun 2006 12:20 (UTC +04:00)

Xəzər dənizi şelfində perspektiv "Kurmanqızı" strukturunun mənimsənilməsi layihəsinin operatoru "Kurmanqızı Petroleum" müqavilə ərazisində ilk kəşfiyyat buruğunun tikintisi üzrə işləri davam etdirir. Bu barədə Trend in Astana şəhərində olan xüsusi müxbiri bildirib.

Layihə üzrə özüqaldıran üzən buruq qurğusu "Astra"dan (ÖÜBQ) istifadə etməklə, buruq podratçısı qismində "LUKOYL Şelf Ltd." şirkəti çıxış edir. Hazırda buruqda texniki layihə ilə nəzərdə tutulmuş kompleks şəkilli tədqiqat işləri aparılır. Geoloji quruluşu və strukturda neft və qazın olduğunu dəqiqləşdirməyə imkan verən geoloji-geofiziki informasiyanın toplanması və sistemləşdirilməsi həyata keçirilir. Kəşfiyyat buruğunun tikintisi üzrə işlərin 2006-cı il iyun ayının ortalarında tamamlanması planlaşdırılır.

"Kurmanqızı"nın strukturu Xəzər dənizinin qadağan edilmiş zonasında yerləşir, ona görə də ekologiya məsələlərinə böyük əhəmiyyət verilir. Buruğun qazılması zamanı ətraf mühitin çirklənməsini istisna edən müasir texnikadan və qabaqcıl texnologiyalardan istifadə olunur. Bütün qazılma riskləri, həmçinin ekoloji risklər sığortalanıb.

Bundan başqa, buruğun tikintisi zamanı daimi ekoloji monitorinq keçirilir.

Kurmanqızının mənimsənilmə layihəsi üzrə məhsulun bölüşdürülməsi haqqında saziş (MBS) 6 iyul 2005-ci ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti