2005-ci ildə 177 nəfər azərbaycanlı Qazaxıstan vətəndaşlığını alıb. Trend in Astanadakı xüsusi müxbirinin xəbər verdiyi kimi, bu barədə Qazaxıstan DİN Miqrasiya Polis İdarəsindən məlumat verilib.
Rəsmi məlumatlara görə, 2005-ci il ərzində Azərbaycandan Qazaxıstana 10435 nəfər gedib. Onlardan 2797 nəfəri xidməti işlə əlaqədar, 173 nəfəri işləmək üçün, 7462 nəfər şəxsi işlə bağlı, 3 nəfər isə turist qismində gedib.
Azərbaycan vətəndaşları əsasən, Almatıya, Astanaya və Mangistau vilayətində yerləşib. Ötən il Qazaxıstana 2 282, Almatıya- 1533, Aktauya - 1253 nəfər Azərbaycan vətəndaşı gəlib.
939 nəfər azərbaycanlı inzibati məsuliyyətə cəlb olunub. 151 nəfər isə ölkədən çıxarılıb.