Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, ölkə ərazisində ABŞ və NATO hərbi bazaları yerləşdirilməyəcək. Trend in Kavkaz-press-ə istinadən verdiyi xəbərə görə, Saakaşvili "İmedi" telekompaniyasına verdiyi müsahibəsində qeyd edib ki, Gürcüstan NATO-ya daxil olarsa, gələcəkdə bu təşkilat ölkə təhlükəsizliyinin möhkəmlənməsində iştirak edəcək, lakin söhbət Gürcüstanda xarici qoşunların yerləşdirilməsindən getmir.
"Bundan Rusiyanın da xəbəri var", - deyə prezident bildirib. Saakaşvili həmçinin qeyd edib ki, Gürcüstan üçün "Rusiya ilə dost münasibətlərin qurulması çox vacibdir".