...

Gürcüstan prezidenti iyulun 5-də ABŞ-a işgüzar səfər edəcək

Dünya xəbərləri Materials 20 İyun 2006 11:17 (UTC +04:00)

İyulun 5-də Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ prezidenti Corc Buşun dəvəti ilə Vaşinqtona səfər edəcək. Səfər çərçivəsində prezidentlər gürcü-abxaz və gürcü-osetin münaqişələrinin həlli yollarını müzakirə edəcək. Bu barədə Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili məlumat verib.

"Bu işgüzar səfər zamanı Gürcüstanda münaqişlərin ölkənin ərazi bütövlüyü çərçivəsində həlli yolları nəzərdən keçiriləcək", - deyə o bildirib.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, nazirin sözlərinə görə, enerji təhlükəsizliyi və Gürcüstanın Avroatlantik məkana inteqrasiyası ilə bağlı məsələlər də müzakirə mövzusu olacaq.

Xəbər lenti

Xəbər lenti