...

Əfqanıstan hökuməti KİV-i terrorçuluğu reklam etməməyə çağırıb

Dünya xəbərləri Materials 20 İyun 2006 13:13 (UTC +04:00)

Əfqanıstan hökuməti ölkə KİV-lərinə terrorçuluğu bu və ya digər formada reklam etməməklə bağlı xəbərdarlıq edib.

Trend in "SvobodaNews"-ə istinadən xəbər verdiyi kimi, KİV-lərə terror qruplarının liderlərindən müsahibə almaqdan və döyüşçülərin fəaliyyəti barədə "sensasiya doğuran" materialların dərcindən imtina etmək təklif olunub.

O da bildirilir ki, bu gün Qəndahar yaxınlığında baş vermiş partlayışda bir rumın əsgəri həlak olub. Koalisiya qüvvələrinin 4 hərbi qulluqçusu isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti