Mərkəzi Seçki Komissiyasının sədri Quram Çalaqaşvili Gürcüstan parlamentinin sədri Nino Burcanadzeni bələdiyyə seçkilərinə hazırlıq tədbirlərinin nəticələri ilə tanış edib.
Trend agentliyin "KAVKAZ-PRESS"a istinadən xəbər verir ki, qapalı görüş başa çatdıqdan sonra N.Burcanadze bəyan edib ki, hökumət seçkilər zamanı istənilən saxtakarlığın qarşısını almaq üçün əlindən gələni etməlidir. Q.Çalaqaşvili seçki siyahıları ilə əlaqədar qeyd edib ki, MSK-da hələ son variant hazırlanmayıb.
İlkin variant müxalifətə paylanıb. Hazırda siyahıların "ölü ruhlar" və təkrar adlardan təmizlənməsi istiqamətində iş gedir.