...

6 ay ərzində "KazTransOyl" sistemi ilə neftin nəqli 12% artıb

Dünya xəbərləri Materials 6 İyul 2006 15:51 (UTC +04:00)

2006-cı ilin yanvar-iyun aylarında "KazTransOyl" sistemi ilə neft nəqlinin həcmi 20,726 min ton təşkil edib ki, bu da ötən ilki göstəricidən 12%, plandan isə 14% çoxdur.

"KazTransOyl" SC-dən bildiriblər ki, ilkin məlumata əsasən neftin yük dövriyyəsi son 6 ay ərzində 16,5% artaraq, 14,130 mln t-km təşkil edib ki, bu da müəyyənləşdirilmiş planı 21% üstələyir. 2005-ci ilin birinci yarım ili ərzində neftin yük dövrəyəsi 12,126 mln t-km təşkil edib.

İlkin məlumatlara əsasən, hesabat dövrində kapital qoyuluşu proqramının gerçəkləşdirilməsi 87,024 mln dolara çatıb ki, bu da plandan 20,8% (72,351 mln dollar) çoxdur. Bu barədə Trend xəbər verib.

Xəbər lenti

Xəbər lenti