...

Türkiyənin xarici işlər naziri ABŞ-a erməni soyqırımı barədə qətnamənin qəbul olunma prosesinin dayandırılmasına görə öz təşəkkürünü bildirib

Dünya xəbərləri Materials 10 İyul 2006 18:31 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Abdulla Gül ABŞ-ın dövlət katibi Kondoliza Raysa Konqres tərəfindən erməni soyqırımı üzrə qətnamənin qəbul olunma prosesinin dayandırılmasına yönəldilmiş səylərə görə öz minnətdarlığını bildirib.

Vaşinqtonda keçirilən mətbuat konfransında Abdulla Gül bəyan edib ki, bu qətnamənin qəbulu Türkiyə və ABŞ arasında münasibətlərdə çətinlik yarada bilərdi.

"Türkiyə gələcəkdə də ABŞ-ı erməni soyqırımı barədə qətnamənin qəbul olunmasına mane olmağa çağırır və vəziyyətin inkişaf etməməsi üçün əlindən gələni edəcək", - deyə Türkiyənin xarici işlər naziri qeyd edib. Bu barədə Trend Kavkaz-press-ə istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti