...

Gürcüstan prezidenti hökumətdə ciddi dəyişikliklər etməyə hazırlaşmır

Dünya xəbərləri Materials 12 İyul 2006 15:47 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili hökumətdə ciddi dəyişikliklər etməyə hazırlaşmır.

Bu barədə Mixail Saakaşvili iyulun 11-də axşam Tiflisdə keçirdiyi mətbuat konfransında bəyan edib.

Prezidentin sözlərinə görə, "hökumət canlı orqanizmdir və təbii ki, dəyişikliklər davam edəcək".

Trend in Qruziya Online-a istinadən xəbər verdiyi kimi, Georgi Papuaşvilinin Konstitutsiya məhkəməsinin sədri təyin olunmasının mümkünlüyündən danışan prezident qeyd edib ki, bu, onun və spiker Burcanadzenin birgə razılaşmasıdır. Ancaq hələlik qəti qərar qəbul olunmayıb.

Saakaşvili vurğulayıb ki, nə qədər ölkəyə rəhbərlik edəcək, dövlətin kursu və prinsipləri dəyişməz olaraq qalacaq.

Xəbər lenti

Xəbər lenti