...

Rusiyaya məxsus avadanlıqdan ibarət növbəti eşelon Batumidən Ermənistana yola düşüb

Dünya xəbərləri Materials 13 İyul 2006 15:29 (UTC +04:00)

Rusiyayanın hərbi bazasına məxsus avadanlıqdan ibarət növbəti, sayca 6-cı eşelon Batumidən Gümrüyə (Ermənistan) yola düşüb.

Gürcüstanın Müdafiə Nazirliyindən Trend in xüsusi müxbirinə verilən məlumata görə, 9 vaqondan ibarət eşelon Rusiyanın Batumidəki 12-ci hərbi bazasına məxsus avadanlıq, mebel və digər məişət əşyalarını Gümrüdəki bazaya çatdıracaq.

Gürcüstanın Müdafiə Nazirliyindən o da bildirilib ki, Batumi bazasında ağır texnika qalmaqdadır və bu texnika mərhələlərlə çıxarılacaq.

Hərbi texnika və əmlakın çıxarılması Gürcüstan və Rusiya Müdafiə Nazirliklərinin 31 mart 2006-cı ildə Soçidə imzaladığı saziş çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti