...

Ukraynada tanınmış italyan vəkilinin qətlinin sifarişçisi və icraçısı tutulub

Dünya xəbərləri Materials 17 İyul 2006 19:14 (UTC +04:00)

Tanınmış italyan vəkili Antonio Kulaçopponun qətlinin sifarişçisi və icraçısı Ukraynada tutulub. Bu barədə birgə mətbuat konfransında Çerkassk vilayətində DİNİ rəisinin birinci müavini Nikolay Muzıçko və İnterpolun İtaliya bürosunun nümayəndəsi Trofiano Alfredo bildirib.

Trend in xüsusi müxbirinin xəbər verdiyi kimi, saxlanmış cinayətkarlar - öldürülmüş vəkilin dul arvadı və onun indiki əridir.

İtaliya polisinin məlumatlarına görə, 2 fevral 1999-cu ildə öldürülmüş şəxsin həyat yoldaşının sifarişi ilə onun iki həmyerlisi A.Kulaçopponun Askoli-Piçeno şəhərindəki ofisində ona 17 bıçaq xəsarəti yetiriblər. Qətldən sonra qadın öldürülmüş ərinin hesabından 200 min avro götürüb, lakin o, cinayətdə əli olan şübhəli şəxs kimi polis tərəfindən saxlanılıb. Onunla birlikdə qətlə bilavasitə aidiyyatı olan iki şəxs də saxlanılıb.

T.Alfredonun mətbuat xidmətində bəyan etdiyi kimi, o vaxt şübhəli şəxslərin günahını təsdiq edən sübut olmadığından, onları girov əsasında buraxıblar. Lakin azad edildikdən dərhal sonra hər üçü qaçıb. Bir qədər sonra İtaliya məhkəməsi onlara ömürlük cəza verib, lakin sonra hökm 30 il azadlıqdan məhrum edilmə ilə əvəz olunub.

Cinayətkarların Ukraynada olması barədə operativ məlumat bir ay əvvəl olub.

Cinayətin üçüncü iştirakçısı indiyədək beynəlxalq axtarışdadır. Bu yaxınlarda cinayətkarlar İtaliyaya deportasiya olunacaqlar.

Xəbər lenti

Xəbər lenti