...

Türkiyə müdafiəyə 10 mlrd dollar ayırır

Dünya xəbərləri Materials 18 İyul 2006 13:27 (UTC +04:00)

Avropa ölkələrində müdafiəyə ayrılan maliyyə vəsaitinin həcminə görə Türkiyə 5-ci yerdədir.

Trend in xüsusi müxbirinin məlumatına görə, Avropada ən böyük orduya malik olan Türkiyə müdafiəyə təxminən 10 milyard dollar ayırır və hərbi xərclərinə görə Böyük Britaniya, Fransa, Almaniya və İtaliyadan sonra 5-ci yerdədir.

Yaxın Şərq ölkələri arasında müdafiə xərclərinə görə Türkiyə dördüncü yerdədir.

Bu regionda müdafiəyə ən böyük vəsait İran - 37 milyard dollar, Səudiyyə Ərəbistanı - 35 milyard dollar və İsrail tərəfindən (27,2 milyard dollar) ayrılır.

Xəbər lenti

Xəbər lenti