...

Fujitsu Siemens kompakt GPS-naviqatoru buraxıb

Dünya xəbərləri Materials 18 İyul 2006 17:57 (UTC +04:00)

Fujitsu Siemens şirkəti N100 seriyalı dünyada ən kiçik və yüngül fərdi Pocket LOOX naviqatoru buraxıb. Qurğu istənilən növ nəqliyyat üçün mobil naviqasiya sistemidir.

Trend in xəbər verdiyi kimi, N100 seriyalı Pocket LOOX qurğusu Navigon MobileNavigator 6 sistemi ilə təchiz edilib, çəkisi 110 qramdır və bazarda ən yüngül və kiçik fərdi naviqatordur. Quraşdırılmış MP3 - pleyer sayəsində onu portativ qurğu kimi istifadə etmək olar.

Qurğunun yeni versiyası əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Komplektə daxil edilmiş DVD-də 37 Avropa ölkəsinin ətraflı xəritəsi yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti