Bu gündən etibarən Cürcüstan Türkiyəyə elektrik enerjisinin ixracına başlayıb. Acarıstan Enerji Şirkətindən Trend in xüsusi müxbirinə bildirildib ki, ixracat hər iki ölkə arasında imzalanmsış müvafiq müqaviləyə əsasən həyata keçirilir.
Gürcüstandan elektrik enerjisi yay dövründə ixrac ediləcək, qışda isə ixrac olunan elektrik enerjisinin ümumi həcminin 80 faizi geri alınacaq.
İxrac olunan elektrik enerjisi bütövlükdə Acarıstan qalır.
Adıçəkilən müqavilə hər il yeniləşdirilirdi, lakin son danışıqlardan sonra o, uzunmüddətli olub.
Qışda Acarıstan pik saatlarında 100 meqavatt elektrik enerjisi işlədir. Məhz bu həcmi Gürcüstana enerji qıtlığı zamanı Türkiyə çatdırır. Qalan vaxtlar region Türkiyənin vahib enerji sisteminə qoşulur. İxracı isə istənilən vaxt zərurət olduğu zaman bərpa etmək olar. Belə ki, elektrik xətləri daimi gərginlik altındadırlar. Bunun üçün isə hər gün 5 meqavatt enerji tələb olunur.