...

AFR DİN başçısı Roma papasının islamla bağlı bəyanatını müdafiə edib

Dünya xəbərləri Materials 27 Sentyabr 2006 18:01 (UTC +04:00)

AFR daxili işlər naziri Volfqanq Şoyble Roma papası XII Benediktin İslam dininin dünya tarixində rolu ilə bağlı bəyanatına dünya müsəlmanlarının reaksiyasını tənqid edib. Vaşinqtonda rəsmi səfərdə olan V.Şoyble vurğulayıb ki, o, "Roma papası və ya kimsə başqasının bu cür bəyanatlarla çıxış etməyə haqqı olmadığı" faktını qəbuledilməz hesab edir. V.Şoyble, həmçinin, əlavə edib ki, Məhəmməd peyğəmbərin təsviri olan karikaturaların dərci dünya müsəlmanlarında bu cür kəskin reaksiya oyatmamalıdır. "İnsanların qəzetlərdəki hansısa şəkillərdən xoşu gəlməməsi ucbatından doğan zorakılığı mən qəbul etmirəm", - deyə alman naziri bildirib. Bu barədə "Associated Press" agentliyi xəbər verir.

RBK-ya istinadən Trend in xəbər verdiyi kimi, pontifikin İslam dünyası ölkələrində etiraz dalğası doğuran qalmaqallı bəyanatı sentyabrın 12-də onun Almaniyanın Regensburq şəhərindəki universitetə baş çəkdiyi zaman edilib. Çıxışı zamanı Vatikan başçısı XII əsr Bizans imperatoru Manuil II Paleoloqun cihad (adətən yalnız müsəlmanların müqəddəs müharibəsi kimi interpretarsiya olunur) barədə dediklərini sitat gətirib. "Məhəmməd peyğəmbərin gətirdiyi yenilikləri göstərin mənə və siz görərsiniz ki, bunlar onun təbliğ etdiyi dinin qılıncla yayılmasına göstəriş verməsi kimi, yalnız qəddarlıq və insaniyyətsizlikdir", - deyə XII Benedikt Bizans imteratorunun yazılarından birini oxuyub. Bir qədər sonra isə Vatikan nümayəndələri bəyan ediblər ki, Roma papası öz nitqində müsəlmanları təhqir etmək niyyətini güdməyib.

Xəbər lenti

Xəbər lenti