Litvanın xarici işlər naziri Petras Faytiekunas oktyabrın 12-13-də işgüzar səfərlə Gürcüstanda olacaq. Bu barədə Gürcüstan XİN-dən məlumat verilib.
Trend in "civil.ge"yə istinadən xəbər verdiyi kimi, Litva XİN başçısının Gürcüstan prezidenti Mixail Saakaşvili, parlament sədri Nino Burcanadce, xarici işlər və müdafiə nazirləri, eləcə də Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri ilə görüşləri planlaşdırılıb.