...

Gela Bejuaşvili: Gürcüstan Rusiyanı ÜTT-də görməyə şad olacaq

Dünya xəbərləri Materials 21 Noyabr 2006 11:17 (UTC +04:00)

Gürcüstan Rusiyanın Ümumdünya Ticarət Təşkilatına gözlənilən daxil olmasını alqışlayır və bu ölkənin simasında müəyyən olunmuş beynəlxalq ticarət qaydalarına əməl edən qonşu görəcəyinə ümid edir. (s) Reuters xəbər verir ki, belə bəyanatla Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili Osloda Nobel institutunda çıxış edib.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, nazirin sözlərinə görə, Tiflis xəbərdarlıq edib ki, Moskvanın Gürcüstanın nəqliyyat-ticarət blokadasına başlaması, "Qazprom" şirkətinin isə ölkə üçün 2007-ci ildə qazın 1 min kub metrinin qiymətini 110 dollardan 230 dollara qaldıracağına söz verməsi ilə əlaqədar Rusiyanın ÜTT-yə daxil olmasına veto qoya bilər. Ancaq daha sonra Tiflis öz mövqeyini yumşaldıb. "Rusiyanın ÜTT-yə qoşulması bizim siyasi maraqlarımıza cavab verir", - deyə G.Bejuaşvili bildirib. O qeyd edib ki, Gürcüstan RF-nin ÜTT-yə daxil olması haqqında Rusiya və ABŞ arasında 19 noyabr 2006-cı il tarixində imzalanmış ikitərəfli sazişi alqışlayır. Ancaq o əlavə edib ki, əvvəlcə Moskva 2004-cü ildə ticarət sazişləri ilə bağlı Gürcüstana verdiyi vədləri yerinə yetirməlidir. "Bizə ÜTT-nin qoyduğu qaydalara əməl edən tərəfdaş lazımdır. Rusiya vədlər verib. Biz onun öz sözünün üstündə duracağını gözləyirik", - deyə o vurğulayıb.

G.Bejuaşvili Gürcüstanın konstruktiv danışıqlar üçün açıq olduğunu əlavə edərək, bildirib ki, burada "veto" və ya "blokada" sözlərini işlətmək istəməzdi.

Xəbər lenti

Xəbər lenti