...

Qazaxıstan prezidenti rəsmi səfərlə İordaniyaya gedib

Dünya xəbərləri Materials 29 Noyabr 2006 10:58 (UTC +04:00)

Qazaxıstan prezidenti rəsmi səfərlə İordaniyaya yola düşüb. Yüksək səviyyəli danışıqlar zamanı siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi və mədəni-humanitar əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Trend in Astanadakı xüsusi müxbirinin məlumatına görə, ticari-iqtisadi əməkdaşlıq, investisiya və təhsil sahəsində bir sıra ikitərəfli sazişlərin imzalanması da planlaşdırılır.

Qazaxıstan tərəfinin məlumatına görə, 2005-ci ildə Qazaxıstan və İordaniya arasında mal dövriyyəsinin həcmi $20,5 mln. təşkil edib. Qazaxıstan $19,7 mln. məbləğində ixrac, $0,8 mln. məbləğində isə idxal əməliyyatları həyata keçirib.

Səfər dekabrın 1-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti