...

İspan həkimləri Fidel Kastronun ağır vəziyyətdə olması ilə bağlı məlumatı təkzib ediblər

Dünya xəbərləri Materials 17 Yanvar 2007 13:05 (UTC +04:00)

Cərahiyyə müdaxiləsindən sonra Fidel Kastronun ağır vəziyyətdə olması barədə məlumat həqiqətə uyğun deyil. Bu barədə "Si-en-en" teleşirkətinə müsahibəsində tanınmış ispan həkimi, bir ay əvvəl Havanada Kuba liderini müayinə etmiş Xose Luis Qarsiya Sabrido bildirib.

Sabrido bildirib ki, Kastronu müalicə etməyən həkimlərdən alınan istənilən məlumatı "doğru saymaq olmaz". O bir daha qeyd edib ki, Kuba liderinin əməliyyatdan sonrakı vəziyyəti "sabitdir". Beləliklə, Sabrido "Pais" ispan qəzetinin Kastronun guya ağır vəziyyətdə olması və peritonitə yoluxması barədə yaydığı xəbəri təkzib edib.

"İTAR-TASS"a istinadən Trend xəbər verir ki, Venesuela prezidenti Uqo Çaves bildirib ki, Fedel Kastro əməliyyatdan sonra yavaş-yavaş səhhətini bərpa edir, onun sağlamlığı "risk altındadır", lakin o, ağır vəziyyətdə deyil.

"Pais" ispan qəzetində Fidel Kastronun guya ağır vəziyyətdə olması barədə yayılan məlumatı şərh edərkən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib: "Biz bu məlumatı nə təsdiq edə bilərik, nə də təkzib. Kuba hökumətinin bu cür məlumatları bizimlə bölüşmək kimi vərdişi yoxdur".

Xəbər lenti

Xəbər lenti