...

Yaponiyada son iki həftə ərzində ikinci quş qripi dalğası qeydə alınıb

Dünya xəbərləri Materials 27 Yanvar 2007 13:54 (UTC +04:00)

Yaponiyada son iki həftə ərzində ikinci quş qripi partlayışı qeydə alınıb. Əvvəlki kimi, o, insan üçün ölümcül təhlükəli olan Eyç5-En1 (H5N1) virusu adlandırılıb.

Ekspertiza təsdiq edib ki, məhz bu virus Küsü adasında Miyadzaki prefekturasında Xyuqa şəhərindəki quşçuluq fermasında toyuqların kütləvi tələfatının səbəbi olub. Bu barədə Torpaq, Meşəçilik və Balıqçılıq Nazirliyindən bildirilib. Bu virusdan orada 3 mindən çox toyuq məhv olub. İnsanların yoluxma hallarının olması haqqında məlumat verilmir. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Xyuqada "Sato" fermasında quşların kütləvi tələfatı haqqında bazar ertəsi məlum olub. Prefekturanın hakimiyyət orqanlarının sərəncamı ilə indi bu fermada bütün 52 500 toyuq məhv edilir. Qonşu fermada daha təxminən 50 min toyuğun məhv edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti