...

BMT baş katibi Yaxın Şərq "kvarteti"nin 21 fevral 2007-ci il tarixində Berlində keçiriləcək iclasında iştirak edəcək

Dünya xəbərləri Materials 15 Fevral 2007 15:53 (UTC +04:00)

BMT baş katibi Pan Gi Mun Yaxın Şərq tənzimlənməsi üzrə dörd vasitəçinin gələn həftə Berlində keçiriləcək iclasında iştirak edəcək. Bu barədə Trend www.rbc.ru saytına istinadən xəbər verir.

Beynəlxalq "kvartet" üzvləri (BMT, Avropa Birliyi, Rusiya, ABŞ) bu yaxınlarda FATH və "Həmas" Fələstin hərəkatlarının liderləri arasında Məkkədə əldə olunmuş sazişi müzakirə etmək üçün 21 fevral 2006-cı il tarixində görüşməlidirlər. BMT-nin baş katibinin mətbuat katibi Mişel Montasın verdiyi xəbərə görə, Pan Gi Mun həmçinin Almaniya kansleri Angela Merkel ilə də görüş keçirəcək.

Pan Gi Mun Berlindən Vyanaya yola düşəcək, orada o, Atom enerjisi üzrə Beynəlxalq agentliyin (MAQATE) başçısı Məhəmməd Əl -Baradei, eləcə də Avstriya prezidenti Hayns Fişer və kansler Alfred Quzenbauer ilə görüşəcək. Bu barədə (C) Associated Press xəbər verir.

Xəbər lenti

Xəbər lenti