...

Gürcüstan XİN başçısı AB-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsinə Tsitelubaninin bombalanması ilə bağlı əlavə məlumatlar təqdim edib

Dünya xəbərləri Materials 14 Avqust 2007 11:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend , müxbir N.Kirtsxalia/ Gürcüstan XİN başçısı Gela Bejuaşvili Avropa Birliyini avqustun 6-da Rusiya aviasiyası tərəfindən Tsitelubani kəndinin bombalanması faktı ilə bağlı dövlətlərarası ekspert qrupunun apardığı araşdırmalara aktiv qoşulmağa çağırıb. Gürcüstan XİN-dən bildiriblər ki, mövzu ilə bağlı Bejuaşvili AB-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi ilə telefonla danışıq aparıb.

O, AB ekspertlərini gürcü tərəfinin aşkarladığı sübut-dəlillərlə tanış olmağa dəvət edib. Bu sübutlar gürcü kəndi istiqamətində antiradar raketin buraxılması faktını təsdiqləyir.

Nazir həmçinin AB nümayəndəsini gürcü tərəfinin faktla bağlı yeni informasiyası ilə tanış edib.

Xəbər lenti

Xəbər lenti