...

Səhiyyə Nazirliyi: Cəbhəyanı bölgələrdəki xəstəxanalarda ən çətin əməliyyatların aparılması üçün hər cür şərait var

Cəmiyyət Materials 5 Aprel 2016 16:46 (UTC +04:00)
Hazırda cəbhəyanı bölgələrdə - Tərtər, Ağdam və Bərdənin Mərkəzi Rayon xəstəxanalarında da ən çətin əməliyyatların aparılması üçün hər cür şərait var.
Səhiyyə Nazirliyi: Cəbhəyanı bölgələrdəki xəstəxanalarda ən çətin əməliyyatların aparılması üçün hər cür şərait var

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda cəbhəyanı bölgələrdə - Tərtər, Ağdam və Bərdənin Mərkəzi Rayon xəstəxanalarında da ən çətin əməliyyatların aparılması üçün hər cür şərait var. Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, Tərtər, Ağdam və Bərdənin Mərkəzi Rayon xəstəxanaları lazımi qədər qan ehtiyatı və dərmanlarla təmin edilib: "Hazırda qan ehtiyatı və preparatlarla bağlı heç bir problem yoxdur".

L.Bayramova deyib ki, hazırda həmin rayonlarda olan gücləndirilmiş tibbi briqadalar müxtəlif sahələr üzrə çox yüksək səviyyəli həkim mütəxəssislərdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti