Azərbaycan, Bakı, 31 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Ramil Səfərovun əfv edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilsin.
Sərəncam imzalandığı gündən (31 avqust) qüvvəyə minir.