Azərbaycan, Bakı, 3 sentyabr / Trend müxbir M.Əliyev/
Ramil Səfərovun vətənə qayıtması və azadlığa buraxılması ilə əlaqədar Azərbaycanda müxtəlif məscidlərdə və dini icmalarda dindarların iştirakı ilə xüsusi söhbətlər təşkil olunub, şükür namazları qılınıb və birgə dualar oxunub.
Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bazar ertəsi bildirilib.
Məlumatda bildirilir ki, ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən dini icmalar Ramil Səfərovla bağlı qətiyyətli, müdrik və cəsarətli addımına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq teleqramları göndəriblər. Dini icma üzvləri və ayrı-ayrı dindarlar Ramil Səfərovun ailəsinə də çoxsaylı teleqramlar ünvanlayaraq, gözaydınlığı veriblər.