Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İzzət/
Qala-Şüvəlan-Pirallahı yolunun 2014-cü ildə istismara verilməsi planlaşdırılır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, yenidən qurulan Qala-Şüvəlan-Pirallahı yolunun uzunluğu 21,7 km, eni isə 28 m təşkil edəcək. Yolun 6,9 km-i 6 hərəkət zolaqlı, 14,8 km-i isə 4 zolaqdan ibarət olacaq.
Layihə üzrə 2 yol qovşağı və 1 tunelin tikintisi nəzərdə tutulub. Artıq yolun 14,8 km hissəsində torpaq işləri, 12,2 km hissəsində isə asfalt-beton örtüyün alt layının döşənməsi başa çatdırılıb. İlin sonuna qədər 14,8 km hissədə üst lay istisna olmaqla asfalt-beton işlərinin yekunlaşması gözlənilir.