...

I Avropa Oyunlarında iştirak edən daha bir ölkənin idmançıları Azərbaycana gəlib

Baku 2015 : EUROGAMES Materials 4 İyun 2015 06:17 (UTC +04:00)
Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Portuqaliyanın nümayəndə heyətinin ilk qrupu Azərbaycana gəlib.
I Avropa Oyunlarında iştirak edən daha bir ölkənin idmançıları Azərbaycana gəlib

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançılarının ölkəmizə gəlməsi davam edir.

Trend-in məlumatına görə, artıq Portuqaliyanın nümayəndə heyətinin ilk qrupu Azərbaycana gəlib.

Onları Heydər Əliyev Hava Limanında "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.

Portuqaliya Milli Olimpiya Komitəsinin idman direktoru Marku Alveş Portuqaliyanın yarışlara 100 idmançı ilə qatılacağını bildirib. Nümayəndə heyəti onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar.

Qeyd edək ki, bundan əvvəl Almaniya və İrlandiyanın idmançıları, İsrailin isə nümayəndə heyəti Azərbaycana gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti