...

I Avropa Oyunlarında iştirak edəcək bütün idmançılar barədə ətraflı məlumatlar burada

Baku 2015 : EUROGAMES Materials 5 İyun 2015 11:15 (UTC +04:00)
Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə I Avropa Oyunlarında iştirak edəcək 6 min idmançı barəsində ətraflı məlumat yerləşdirilib.
I Avropa Oyunlarında iştirak edəcək bütün idmançılar barədə ətraflı məlumatlar burada

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı 2015-in rəsmi saytında və mobil tətbiqetməsində I Avropa Oyunlarında iştirak edəcək 6 min idmançı barəsində ətraflı məlumat yerləşdirilib.

Trend xəbər verir ki, I Avropa Oyunlarında iştirak edəcək 6 min idmançının tərcümeyi-halı Bakı 2015-in rəsmi saytına yerləşdirilib.

Bu məlumatları rəsmi mobil tətbiqetməyə və ya az.baku2015.com saytının menyusunda yerləşdirilmiş "İdmançılar" bölməsinə daxil olmaqla əldə etmək olar.

Həmin səhifələrdə idmançının təcrübəsindən onun haqqında olan statistik məlumata qədər müxtəlif mövzularda informasiyaya çıxış mümkün olacaq.

Burada idmançının ləqəbi, məşğuliyyəti və böyük yarışlarda qazandığı rekordlar barəsində də ətraflı məlumat yer verilib.

İdmançıların bioqrafiyalarına bu keçidə daxil olmaqla məlumat almaq mümkündür - az.baku2015.com/athletes/index.html

Bakı 2015-in rəsmi tətbiqetməsini aşağıdakı link vasitəsilə yükləyə bilərsiniz:

• iOS

• Android

• Windows Phone

Məqalədə:
Xəbər lenti

Xəbər lenti