...

Gürcü gənclər: I Avropa Oyunları təkcə Azərbaycanı deyil, Qafqazı dünyaya tanıdır (FOTO)

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 12:29 (UTC +04:00)
Gürcüstanda fəaliyyət göstərən "Borçalı, irəli!" İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstan Dövlət Texniki Universitetində Bakı 2015 I Avropa Oyunlarına həsr olunmuş aksiya keçrilib.
Gürcü gənclər: I Avropa Oyunları təkcə Azərbaycanı deyil, Qafqazı dünyaya tanıdır (FOTO)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlkin İzzət/

Gürcüstanda fəaliyyət göstərən "Borçalı, irəli!" İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstan Dövlət Texniki Universitetində Bakı 2015 I Avropa Oyunlarına həsr olunmuş aksiya keçrilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiyanın əsas məqsədi Bakı 2015 Avropa Oyunlarını ali təhsil müəssisələrində təhsil alan gürcü və xarici tələbələrə tanıtmaqdır.

Möhtəşəm idman yarışı barədə gənclərə məlumat verən "Borçalı, irəli!" İctimai Birliyinin sədri Məhəbbət İmanov Bakı 2015 I Avropa Oyunlarının dünyada sülhün və inkişafın tərənnümü olduğunu deyib. O bildirib ki, Avropa Oyunlarının, eləcə də 2012-ci ildə Avroviziya mahnı müsabiqəsinin, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda təşkili ölkəmizin suveren, tolerant və demokratik inkişaf yolunda qazandığı uğurların göstəricisidir. Azərbaycandakı bu inkişafdan qürür duyduqlarını deyən Borçalı gəncləri əminliklə qeyd edir ki, Bakı 2015 I Avropa Oyunları idman tarixinə qızıl hərflərlə yazılacaq.

Tbilisi Dövlət Universitetinin tarix fakultəsinin 4-cü kurs tələbəsi Giorgi Danelia Bakıda keçiriləcək ilk Avropa Oyunlarının bütün dünya üçün yenilik olduğunu deyib. Onun sözlərinə görə, bu əlamətdar hadisənin qonşu ölkədə baş tutması təkcə Azərbaycanı yox, eyni zamanda Qafqazı dünyaya tanıdır.

Universitetin etnologiya fakultəsinin 4-cü kurs tələbəsi Vasiq Rexviaşvili isə I Avropa Oyunlarının Bakıda keçirilməsini Azərbaycanın böyük qələbəsi hesab edib və bu yolda ölkəmizə uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti