...

Britaniyalı azarkeş: "I Avropa Oyunlarının açılışı həyatımda gördüyüm ən yaxşı açılışdır"

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 15:48 (UTC +04:00)
"I Avropa Oyunlarının açılışı həyatımda gördüyüm ən yaxşı açılışdır".
Britaniyalı azarkeş: "I Avropa Oyunlarının açılışı həyatımda gördüyüm ən yaxşı açılışdır"

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Maksim Tsurkov/

"I Avropa Oyunlarının açılışı həyatımda gördüyüm ən yaxşı açılışdır". Bunu Trend-ə britaniyalı azarkeş Corc Din deyib.

O, 2012-ci il London olimpiadasının açılışında da iştirak etdiyini deyib: "İki açılışı müqayisə etmək çox çətindir. Şübhəsiz ki, Bakıdakı açılış mərasimi həyatımda gördüyüm ən yaxşı açılış oldu".

Azarkeş deyib ki, britaniyalı idmançıları dəstəkləməyə və Azərbaycanın mədəniyyəti ilə yaxındam tanış olmağa gəlib: "Çox maraqlı ölkədir. Bura çoxdan gəlmək istəyirdim. Hər şey yüksək səviyyədə təşkil olunub və idman obyektləri bütün parametrlərinə görə çox rahatdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti