...

Avropa Oyunlarında güləşçilərimizdən daha bir medal

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 19:11 (UTC +04:00)
Azərbaycan güləşçiləri Avropa Oyunlarında daha bir bürünc medal qazanıblar.
Avropa Oyunlarında güləşçilərimizdən daha bir medal

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan güləşçiləri Avropa Oyunlarında daha bir bürünc medal qazanıblar.

Trend xəbər verir ki, Bakı-2015 birinci Avropa Oyunlarında yunan-Roma güləşi yarışlarında 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Həsən Əliyev 3-cü yer uğrunda görüşdə Serbiya idmançısı Aleksandar Maksimoviç ilə qarşılaşıb.

Rəqibindən daha üstün güləş nümayiş etdirən pəhləvanımız qarşılaşmada 4:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarının bürünc medalını qazanıb.

Qeyd edək ki, yarışların ilk günündə güləşçilərimiz bir dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olub.

Xəbər lenti

Xəbər lenti