...

AIBA prezidenti: "Bakı artıq Olimpiya Oyunlarını təşkil edə bilər"

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

"Bakı artıq Olimpiya Oyunlarını təşkil edə bilər". Trend-in məlumatına görə, bunu Fransanın "Francs Jeux" saytına müsahibəsində Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti Çinq-Kuo Vu deyib.

AIBA rəhbəri qeyd edib: "Mən çox xoşbəxtəm. Burada boks çox gözəl təmsil olunub: 10 növ çəkidə kişilər üçün, 5 növ çəkidə qadınlar üçün. Olimpiya Oyunlarında isə qadın boksçular 3 növ çəkidə təmsil olunur. Avropa Oyunları boks üçün beynəlxalq təqvimə yeni yarışlar əlavə edir".

Çinq-Kuo Vu açılış mərasiminin ona çox böyük təsir bağışladığını deyib: "Mən 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarından bu yana hec bir oyunlardan kənarda qalmamışam. Belə hadisələri çox görmüşəm, amma Bakıda keçirilən açılış mənim ən çox sevdiklərimdən oldu. Təşkilatçılar yüksək səviyyədə yeni texnologiyadan istifadə edərək Olimpiya ruhunu və Azərbaycan mədəniyyətini tamaşaçılara çatdırmağı bacardılar".

O vurğulayıb ki, Bakı artıq Olimpiya Oyunlarını təşkil etmək bacarığına malikdir: "Bu Oyunlarla əlaqədar təşkilatçılığın yüksək keyfiyyəti bu sualla bağlı subhələri aradan qaldırır. Hər şey dəqiq planlaşdırılıb. Avropa Oyunlarından sonra Azərbaycan hər hansı mühüm hadisəni, ələxüsus da Olimpiya Oyunlarını qəbul edə bilər.

Ətraflı: http://www.francsjeux.com/2015/06/16/la-boxe-feminine-devra-gagner-de-la-place-a-tokyo-2020/20338

Məqalədə:
Xəbər lenti

Xəbər lenti