...

“Coca-Cola Məktəbli Kuboku 2015”: Olimpiya arzusu yolunda (FOTO)

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 11:33 (UTC +04:00)
“Coca-Cola Məktəbli Kuboku 2015” turniri uğurla başa çatıb.
“Coca-Cola Məktəbli Kuboku 2015”: Olimpiya arzusu yolunda (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

"Coca-Cola Məktəbli Kuboku 2015" turniri uğurla başa çatıb. Turnirin qalibi olan Gəncə şəhərinin 24 saylı orta məktəbin komandası 24 iyundan etibarən "Bakı 2015" Avropa Oyunlarında çimərlik futbolu üzrə Azərbaycanın şərəfini qoruyacaq milli yığma komandasına uğurlar arzulayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Coca-Cola Məktəbli Kuboku"nun qalibi olan gənc futbolçular milli yığmamıza "Bakı 2015" İlk Avropa Oyunlarında qələbə arzulayıblar. İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı və Olimpiya hərəkatının ümumdünya partnyoru olan "Coca-Cola" şirkəti "Bakı 2015" kimi yarışların gənc idmançılar üçün böyük ilham mənbəyi və parlaq arzu olduğunu nəzərə alaraq oyunları uşaqlara daha yaxın etməyə çalışır.

Azərbaycan Təhsil Nazirliyi, AFFA və "Coca-Cola" şirkətinin birgə təşkilatçılığı ilə reallaşan və Azərbaycanda futbol üzrə ən irimiqyaslı məktəbli turniri sayılan ənənəvi "Coca-Cola Məktəbli Kuboku"nun final oyunu VII və IX siniflər arasında keçirilən sözügedən yarışmanın dördüncü mövsümünün layiqli sonu olub.

"Coca-Cola Məktəbli Kuboku" turniri nəinki yarışın təşkilatçıları və uşaqlar, həmçinin, onların valideynləri tərəfindən sevinclə qarşılanır. Futbol -digər yaradıcı idman növləri kimi uşaqlıqdan sağlam həyat tərzinə vərdiş yaradır və uşaqların sağlamlığının möhkəmlənməsinə kömək edir. Məhz bu səbəbdən "Coca-Cola" şirkəti Azərbaycanda bu cür idman tədbirinə hər il dəstək olur.

"Məktəblilər arasında futbol çempionatlarına dəstək - "Coca-Cola" şirkətinin beynəlxalq prioritetlərindədir., Çünki fəal və sağlam həyat tərzi uşaqlıqdan inkişaf etdirilməlidir. Biz çox şadıq ki, Azərbaycanda turnirin coğrafiyası ilbəil genişlənir, iştirakçıların sayı isə artır - bu il onların sayı 200 mini ötüb! Mən inanıram ki, sözügedən turnirin məzunları gələcəkdə futbol üzrə Azərbaycan milli yığma komandasının üzvləri olacaqlar. Məktəbli turnirinin məhz final oyunu günü çimərlik futbolu üzrə milli yığma komandanın üzvlərinə uğur arzulama mərasimini simvolik hadisə hesab edirəm və ümid edirəm ki, bu, Azərbaycan yığmasına uğur gətirəcək", - deyə, "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş meneceri Cem Becel bildirib.

Cem Becelin gözləntiləri heç də əsassız deyil. "Coca-Cola Məktəbli Kuboku 2015"in fəxri qonaqları - "Coca-Cola"nın dəvəti ilə gənc futbolçuları dəstəkləməyə gələn çimərlik futbolu üzrə Azərbaycan milli yığma komandasının üzvləri uşaqların hazırlıqlarını yüksək qiymətləndiriblər. Oyunun sonunda millimizin üzvləri qalibləri təltif edib və final oyununun iştirakçıları ilə xatirə şəkili çəkdiriblər. Öz növbəsində, uşaqlar milli yığma komandanın üzvlərinə üzərində adları əks olunmuş "Coca-Cola" məhsullarını təqdim ediblər.

"Hamımız final oyunundan zövq aldıq. Uşaq turniri olsa da, oyunçuların, həmçinin azarkeşlərin həyəcan və emosiyalarının coşqunluğuna görə böyüklərin ən mötəbər yarışları ilə müqayisə oluna bilər. Uşaqlarımızın məşq etməsinə və öz qüvvələrini belə bir peşəkar formatda sınamaq fürsəti yaratdığına görə turnirin tərəfdaşı olan "Coca-Cola" şirkətinə xüsusilə minnətdarlığımı bildirirəm" - deyə çimərlik futbolu üzrə Azərbaycan milli yığma komandasının kapitanı Emin Kürdov bildirib.

"Coca-Cola" şirkəti üçün insanların sağlamlığı və firavanlığı çox önəmlidir və məhz buna görə fəaliyyətdə olduğu 200-dən artıq ölkədə insanların bədən tərbiyəsinə, idmana və sağlam həyat tərzinə cəlb edilməsi üçün müxtəlif təşəbbüslərə dəstək olur.

"Bakı 2015" Avropa Oyunlarının rəsmi tərəfdaşı olaraq "Coca-Cola" şirkəti Azərbaycanda fəal və sağlam həyat tərzinin təbliği üçün Oyunların irsinin qurulması və qorunub saxlanmasını hədəf olaraq seçib. Şirkət "Bakı 2015" təcrübəsini gələcəkdə də insanların bədən tərbiyəsi və idmanla məşğul olmağının təşviqində istifadəsini labüd hesab edir.

Avropa Oyunları Bakıda 12-28 iyun tarixlərində keçirilir. Sözügedən yarışmanın əhatə etdiyi 20 idman növündən 12-si "Rio-2016" Yay Olimpiya Oyunları üçün təsnifat imkanları təqdim edərək, 50 ölkədən 6 200 idmançının iştirak edəcəyi Avropanın başlıca multi-idman tədbiridir.

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti