...

Daxili Qoşunlar komandanı: I Avropa Oyunları zamanı Daxili Qoşunların şəxsi heyəti göstərilən etimadı doğruldub

Baku 2015 : EUROGAMES Materials 13 İyul 2015 15:10 (UTC +04:00)
Daxili Qoşunların I Avropa Oyunları zamanı xidmətə cəlb edilmiş hərbi qulluqçuları mükafatlandırılıb.
Daxili Qoşunlar komandanı: I Avropa Oyunları zamanı Daxili Qoşunların şəxsi heyəti göstərilən etimadı doğruldub

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İlkin İzzət/

Daxili Qoşunların I Avropa Oyunları zamanı xidmətə cəlb edilmiş hərbi qulluqçuları mükafatlandırılıb.

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlar komandanlığından Trend-ə verilən mlumata görə, mükafatlandırma mərasimlərində qeyd olunub ki, Daxili Qoşunlar qarşıda duran vəzifələrin icrasına bundan sonra da məsuliyyətlə yanaşacaq, verilmiş tapşırıqları tələb olunan səviyyədə yerinə yetirəcək.

Bildirilib ki, Daxili Qoşunların şəxsi heyətinin peşəkarlığı I Avropa Oyunları zamanı bir daha öz təsdiqini tapdı və Qoşunların nümunəvi xidməti fəaliyyəti hər bir hərbi qulluqçunun dövlətinə və dövlətçiliyə sadiq, Vətəninə, xalqına son dərəcə bağlı olduğunu nümayiş etdirdi.

Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov və Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunlar Komandanı general-leytenant Şahin Məmmədov, tarixə I Avropa Oyunları kimi yazılan, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən beynəlxalq idman tədbiri zamanı ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçuları mükafatlandırıblar.

Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrdə böyük təntənə ilə qeyd olunan mükafatlandırma mərasimlərində general-leytenant Ş.Məmmədov şəxsi heyət qarşısında çıxış edib. O, I Avropa Oyunları zamanı respublikamızda mövcud ictimai sabitliyin və təhlükəsizliyin qorunmasında, eləcə də belə bir möhtəşəm tədbirin yüksək səviyyədə başa çatmasında respublikanın digər güc strukturları ilə yanaşı, Daxili Qoşunların hərbi qulluqçularının xidmətini də xüsusilə vurğulayıb: "Qoşunların xidmətə cəlb olunmuş şəxsi heyəti ictimai təhlükəsizliyin qorunması üçün qarşıya qoyulan mühüm tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib, göstərilən etimadı doğruldub".

Qeyd olunub ki, Daxili Qoşunlar qarşıda duran vəzifələrin icrasına bundan sonra da məsuliyyətlə yanaşacaq, verilmiş tapşırıqları tələb olunan səviyyədə yerinə yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti