Аzərbaycan, Bakı, 17 dekabr /Trend Life, müxbir E.Hüseynzadə/
Türkiyədə müalicə olunan məşhur azərbaycanlı rejissor, əməkdar incəsənət xadimi, "Yuğ" teatrının baş rejissoru Vaqif İbrahimoğlunun diaqnozu hələ təyin edilməyib.
"İş burasındadır ki, türkiyəli həkimlər diaqnoz barədə məlumat verməzdən əvvəl uzun müayinə, ilkin prosedurlar aparır və yalnız sonra əldə olunan nəticələr əsasında diaqnoz haqqında məlumat verirlər və indi Vaqif müəllim prosedurlardan keçir", - "Yuğ" teatrının direktoru Tərlan Rəsulov Trend Life-a bildirib.
Onun sözlərinə görə, İbrahimoğlu yayda özünü soyuğa verib və ağrı hiss edir. O, Ankarada müalicə olunur. Son günlər İbrahimoğlu sağ qolunda sarğı ilə gəzir. Müalicədə onu məşhur teatrşünas Məryəm Əlizadə müşayiət edir.