...

Cəlil Məmmədquluzadənin Ev-muzeyində "Açıq qapı" günü keçiriləcək

Mədəniyyət Materials 15 Fevral 2012 17:17 (UTC +04:00)
Fevralın 16-da saat 12:00-da Cəlil Məmmədquluzadənin Ev-muzeyində "Cəlil Məmmədquluzadə kiçik hekayələrin böyük ustasıdır" adı altında "Açıq qapı" günü keçiriləcək.
Cəlil Məmmədquluzadənin Ev-muzeyində "Açıq qapı" günü keçiriləcək

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İsabalayeva/

Fevralın 16-da saat 12:00-da Cəlil Məmmədquluzadənin Ev-muzeyində "Cəlil Məmmədquluzadə kiçik hekayələrin böyük ustasıdır" adı altında "Açıq qapı" günü keçiriləcək.

Trend-in çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir ədibin anadan olmasının 143-cü ildönümünə həsr edilir.

Tədbir zamanı ədəbiyyat fənninin tədrisi proqramına uyğun olaraq, muzey bazasında 150 saylı məktəbin V sinif şagirdlərinə ədibin "Buz" hekayəsi "Açıq dərs"də tədris olunacaq.

Muzey fevral ayı ərzində Cəlil Məmmədquluzadənin "Xatirə günləri" çərçivəsində "Açıq qapı" günlərini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti