...

"Eurovision 2012"-yə dəstək verən gənclərin təşəbbüs qrupu fəaliyyətini başa vurub

Mədəniyyət Materials 1 İyun 2012 11:58 (UTC +04:00)
"Step in!" gənclərin təşəbbüs qrupu tərəfindən "Eurovision 2012" mahnı müsabiqəsi ətrafında gənclərin fəallaşdırılması və ideyalarının reallaşdırılması məqsədilə həyata keçirilən fəaliyyət başa çatıb.
"Eurovision 2012"-yə dəstək verən gənclərin təşəbbüs qrupu fəaliyyətini başa vurub

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir E.Mehdiyev/

"Step in!" gənclərin təşəbbüs qrupu tərəfindən "Eurovision 2012" mahnı müsabiqəsi ətrafında gənclərin fəallaşdırılması və ideyalarının reallaşdırılması məqsədilə həyata keçirilən fəaliyyət başa çatıb.

Trend-in məlumatına görə, fəaliyyətin yekunlaşmasına dair konfransda qrupun rəhbəri Şahin Seyid-zadə qrup tərəfindən bu günə qədər həyata keçirilən kampaniyalar haqqında ətraflı məlumat verib.

Qrupun şüarının "Support our fire" ("Alovumuza dəstək ol") olduğunu deyən Seyid-zadə qeyd edib ki, qrupun fəaliyyəti gənclərin ideyaları əsasında formalaşan 10 əsas və 4 qısamüddətli kampaniyaya əsaslanır. Belə ki, qrup yaranandan bu günə qədər 14 kampaniya həyata keçirib.

Onun sözlərinə görə, 1 ay ərzində qrupun "Facebook" sosial şəbəkəsində rəsmi səhifəsini 40 minə yaxın insan bəyənib və səhifəyə 2 200 000-dən artıq baxış keçirilib. Həmçinin qrupun "Youtube" sosial şəbəkəsində rəsmi kanalına dünyanın 85 ölkəsindən 20 mindən artıq baxış olub.

Gənclərin lahiyəyə böyük maraq göstərdiyini deyən qrup rəhbəri hər bir rayondan yüzlərlə gəncin cəlb olduğunu qeyd edib. O, həmçinin təşəbbüs qrupunun tərədaşları olan dövlət və qeyri dövlət strukturlarının qrupun fəaliyyətinə böyük dəstək verdiyini bildirib.

Qrupun gələcək fəaliyyətinə toxunan Seyid-zadə hazırda konkret planların olmadığını desə də, gənclərin müxtəlif lahiyələr ətrafında birləşməsi və ideyalarının kerçəkləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti