...

Bakıya qayıdan Yaşar Nuri özünü yaxşı hiss edir

Mədəniyyət Materials 2 Avqust 2012 16:13 (UTC +04:00)
Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri Türkiyədə keçdiyi növbəti müalicə kursundan sonra bu gün Bakıya qayıdıb.
Bakıya qayıdan Yaşar Nuri özünü yaxşı hiss edir

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir V.İmanov/

Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri Türkiyədə keçdiyi növbəti müalicə kursundan sonra bu gün Bakıya qayıdıb.

Aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva Trend-ə bildirib ki, hazırda Yaşar Nuri özünü yaxşı hiss edir, nitqi yaxşılaşıb, lakin iki həftədən sonra yenidən Türkiyədə müalicə kursunu davam etdirəcək.

Xatırladaq ki, 2008-ci ilin mayında Yaşar Nuri İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu. Aktyor 2009-cu ilin sonu, 2010-cu ilin əvvəlində İstanbulun "Memorial" xəstəxanasında müalicə alıb. Ötən ilin noyabrında onun səhhəti yenidən pisləşib. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilib, Bakı Mərkəzi Gömrük Hospitalında müalicə alıb.

Xəbər lenti

Xəbər lenti