...

Bakıda "Müqayisəli Yaponiya - müasir yapon memarlığı" adlı sərgi keçiriləcək

Mədəniyyət Materials 23 Yanvar 2013 16:16 (UTC +04:00)
Yanvarın 24-də Mədəniyyət və Turizm Nazirliyi və Yaponiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı, Yaponiya Mədəniyyət Fondunun xətti ilə Azərbaycan Milli İncəsənət Muzeyində "Müqayisəli Yaponiya - müasir yapon memarlığı: 1996-2006" adlı sərgi açılacaq.
Bakıda "Müqayisəli Yaponiya - müasir yapon memarlığı" adlı sərgi keçiriləcək

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Yanvarın 24-də Mədəniyyət və Turizm Nazirliyi və Yaponiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı, Yaponiya Mədəniyyət Fondunun xətti ilə Azərbaycan Milli İncəsənət Muzeyində "Müqayisəli Yaponiya - müasir yapon memarlığı: 1996-2006" adlı sərgi açılacaq.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, ekspozisiyaya Yaponiya Mədəniyyət Fondunun mütəxəssisləri tərəfindən üzərində elmi araşdırmalar aparılmış 17 çini və keramika nümunəsi daxil edilib. Sərgidə XVIII əsr Edo dövrünə aid bulud, bərbər boşqabı, XIX əsrin sonu - XX əsrin əvvəli, Meyci-Tayşo dövrünün çay dəsti, güldan, vaz, dairəvi boşqab, XIX əsrə aid dekorativ bulud, güldan nümayiş olunacaq.

Bundan əlavə, sərginin ziyarətçiləri yapon memarlar tərəfindən 10 il ərzində (1996-2006) müxtəlif ölkələrdə ucaldılmış binaların təsvirləri ilə tanış ola, tematik bölmələr vasitəsi ilə memarlıq nümunələrini müqayisə edə biləcəklər.

Qeyd edək ki, Yaponiya Mədəniyyət Fondu 1972-ci ildə təsis edilib. Fond Yaponiya mədəniyyətinin və incəsənətinin dünyada təbliği məqsədilə müxtəlif layihələr həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti