...

Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı bölgələrdə Novruz bayramına həsr edilmiş tədbirlər keçiriləcək

Mədəniyyət Materials 12 Mart 2013 16:30 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ilin birinci yarısı üçün iş planına əsasən, mart ayında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı bölgələrdə Novruz bayramına həsr edilmiş tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı bölgələrdə Novruz bayramına həsr edilmiş tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 12 mart /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ilin birinci yarısı üçün iş planına əsasən, mart ayında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı bölgələrdə Novruz bayramına həsr edilmiş tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məqsəd bayram ərəfəsində qaçqın və məcburi köçkünlərin asudə vaxtının səmərəli təşkilinin təmin olunması və onlara göstərilən mədəni xidməti daha da gücləndirməkdir.

Bu məqsədlə cari il martın 12-də Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində, martın 13-də isə Goranboy rayonunda tədbirlər təşkil olunacaq.

Bayram konsertlərində tanınmış incəsənət ustaları - xalq artistləri Canəli Əkbərov, rəqqasə Cəmilə Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, aktrisa Naibə Allahverdiyeva, müğənnilərdən Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının solisti Rövşən Əziz, Rəhilə Quliyeva, Valid Abdullayev, Ramin Quliyev çıxış edəcəklər. Musiqiçiləri tarda Altay Niftəliyev, kamançada Araz Ağaverdiyev müşayiət edəcək. Tədbirlərin aparıcısı qiraət ustası, əməkdar artist Azad Şükürovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti