...

Gəncədə gənc rəssamların sərgiləri keçirilib

Mədəniyyət Materials 6 Noyabr 2013 12:16 (UTC +04:00)
Gəncədə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mən bacarıram” adlı layihə həyata keçirilib.
Gəncədə gənc rəssamların sərgiləri keçirilib

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Gəncədə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Mən bacarıram" adlı layihə həyata keçirilib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, sərgi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun 3-cü Qrant müsabiqəsində iştirak etən "Odlar Yurdu" Gənclər İctimai Birliyinin baş katibi Pərvin Qasımovun qalib gəldiyi layihə çərçivəsində baş tutub.

Sərgidə 50-yə yaxın gəncin müxtəlif sahələri əhatə edən 100-dən artıq əl işi nümayiş olunub. Əsas məqsəd isə qabiliyyətli gəncləri aşkarlamaq, onların fəaliyyətlərinə dəstək olmaqla, ictimayyətə təqdim etmək və ictimayyətin diqqətini həmin gənclərə yönəltməkdir.

Gəncə şəhər İncəsənət Mərkəzində reallaşan digər bir sərgi isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatının və Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin dəstəyi ilə həyata keçirilib. Gəncə şəhərinin bədii həyatının hazırkı vəziyyətini nümayiş etdirən sərgidə bölgənin 12 rəssamının 30-a yaxın təsviri sənət və dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti