...

Bu gün xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyi keçiriləcək

Mədəniyyət Materials 1 Oktyabr 2014 11:32 (UTC +04:00)
Bu gün xalq yazıçısı Qılman İlkinin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.
Bu gün xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün xalq yazıçısı Qılman İlkinin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən, bu gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli yubiley tədbiri keçiriləcək.

Tədbir çərçivəsində "Dan ulduzu" instrumental ansamblının və sevilən müğənnilərin ifasında musiqi parçaları, ədibin müxtəlif əsərləri əsasında hazırlanmış səhnəciklər və ssenari müəllifi olduğu filmlərdən fraqmentlər tamaşaçıların diqqətinə təqdim olunacaq.

Qeyd etmək lazımdır ki, "Qalada üsyan", "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Dəniz qapısı", "Madam Qədri" kimi kitabların müəllifi olan Qılman İlkin ədəbiyyat tarixində özünəməxsus mövqeyə malik sənətkarlardan biri kimi uzun illər ərzində çoxcəhətli, səmərəli fəaliyyət göstərib. Zəngin Azərbaycan nəsrinin realist ənənələri zəminində yaratdığı qiymətli əsərləri ilə milli mədəniyyətin inkişafına töhfələr verib.

Qılman İlkin xidmətlərinə görə "Qırmızı əmək bayrağı", "İkinci dərəcəli Böyük Vətən Müharibəsi" ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunmuşdur. Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq" mükafatına və "Xalq yazıçısı" fəxri adına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti